• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

Zədələnmiş meyvə və tərəvəz -TƏHLÜKƏLİDİR

Zədələnmiş meyvə və tərəvəz -TƏHLÜKƏLİDİR
Bazar və ya kənd təsərrüfatı yarmarkalarında alınan meyvə və tərəvəzlərin zədələnmiş hissəni kəsərək onu istifadə etməyimiz doğru deyilmiş. Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva 1Xəbər.com-a müsahibəsində bildirib ki, zədələnmiş və yetişib ötmüş meyvə-tərəvəzdə kif göbələkləri inkişaf edir. Çünki turş mühit və karbohidratlar onların inkişafı üçün daha əlverişlidir. Turşuluq zəiflədikdən sonra bakteriyaların inkişafı üçün əlverişli şərait yaranır. Bu zaman karbohidratlar, zülallar, yağlar daha sadə maddələrə etil spirtinə, sirkə turşusuna, amin turşularına, yağ turşularına, karbon qazına, su və digər birləşmələrə parçalanırlar. Nəticədə meyvə-tərəvəzin konsistensiyası yumşalır, rəngi tündləşir, forması dəyişilir və o üfunət iyi verir.
Zədələnmiş meyvə və tərəvəz -TƏHLÜKƏLİDİR
Meyvə-tərəvəzin göstərilən çürümələrindən başqa, spesifik kif göbələkləri, viruslar və mikroblar tərəfindən törədilən xəstəlikləri də var, bu da onun keyfiyyətinin aşağı düşməsinə, bəzən isə onun tam itməsinə səbəb olur. Bu isə insan orqanizmi üçün ciddi problemlərə yol açmaq deməkdir.
Aida xanım deyir ki, alma, armud, heyva, gavalı, ərik, şaftalı, gilas və albalıda kif göbələyi çürümə xəstəliyi törədir. Çürümə xəstəliyi nəticəsində meyvə məhv olur və ya keyfiyyəti aşağı düşür. Xəstəliyin başlanğıcında meyvənin üzərində qonur rəngdə ləkələr əmələ gəlir. Sonra həmin ləkələr altında meyvə ləti (ətli hissə) yumşalır. Aida xanımın sözlərinə görə, bütün bunlar tərəvəzlərə də aiddir. Belə ki, pomidor, kortof, kələm, badımcan kimi bostan bitkilərinin də müxtəlif mikroblar tərəfindən xəstəliklərə tutulma ehtimalları çoxdur.
Zədələnmiş meyvə və tərəvəz -TƏHLÜKƏLİDİR
Tərəvəz, meyvə və giləmeyvələrdə çoxlu miqdarda suyun olması, onların saxlanmasını davamsız edir. Ona görə də bu məhsulların becərilməsi, yığılıb saxlanılması, satışı zamanı sanitariya-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməlidir. Çürümüş meyvə və tərəvəzlərə, xəstəlik və ziyanvericilərlə yoluxmuş, gəmiricilərin, həşərat və sürfə ilə, həmçinin kəskin kənar iylərlə, zəhərli kimyəvi maddələrlə korlanmışlara satış üçün icazə verilməməlidir və alıcı da bunlara riayət etməlidir.
Zədələnmiş meyvə və tərəvəz -TƏHLÜKƏLİDİR

Aida xanım hesab edir ki, meyvə və tərəvəzin düzgün yığılması, saxlanması üçün yaxşı şəraitin təmin olunması, xəstəliklərin inkişaf profilaktikasında təsirli tədbir hesab edilir. Saxlanma zamanı elə şərait yaratmaq lazımdır ki, tərəvəz və kartofun göyərməsinə, cücərməsinə yol verilməsin. Tərəvəz və meyvələrin saxlanması üçün optimal temperatura 1-2°C, nisbi nəmlik isə 80-85% hesab olunur.
Tərəvəz və meyvələr epidemioloji cəhətdən təhlükəli ola bilər. Belə ki, tərəvəz mədə-bağırsaq infeksiyasının və helmintozun mənbəyi hesab oluna bilər. Bəzi hallarda bostan bitkiləri çirkab suları ilə suvarılır. Məhz buna görə də onları çiy şəkildə istifadə etmək (yerkökü, xiyar, pomidor, qarpız, yemiş, çiyələk, cəfəri, turp) qəti qadağandır. Xüsusi ilə "vitamindir" uşaqlara çiy tərəvəz verməklə, onların həyatımı təhlükəyə ata bilərsiniz.
Zədələnmiş meyvə və tərəvəz -TƏHLÜKƏLİDİRскачать dle 11.0фильмы бесплатно
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter