• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

5 rayonun qaytarılması yenə gündəmdə - ƏRDOĞANDAN AÇIQLAMA

5 rayonun qaytarılması yenə gündəmdə - ƏRDOĞANDAN AÇIQLAMA
Azərbaycan-Türkiyə-Rusiya üçlü mexanizmi yaradılır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 avqust Rusiya səfərinin yekunları ilə bağlı mətbuata açıqlamasında danışıb. Ərdoğan bildirib ki, artıq Rusiya-Azərbaycan-İran arasında belə bir mexanizm var. Türkiyə də təklif edir ki, yeni üçlü mexanizm onun iştirakı ilə yaradılsın.

"Bu məsələ ilə bağlı xarici işlər nazirimiz ilə Azərbaycanın xarici işlər naziri danışdı. Mən də cənab Putinlə danışdım, o da razı qaldı. Məqsədimiz bölgədəki siyasi prosesləri yaxından təqib etməkdir. Xüsusilə də indi Qarabağ problemi var. Bu problemlə bağlı Türkiyənin də daxil olduğu Minsk qrupu daha fərqli nəticələr əldə edə bilərdi, amma Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə 23- 24 ildir hələ də problemi həll edə bilmirlər və ya istəmirlər. Əlbəttə ki işğaldan söhbət gedir. Bu işğalı da hər kəs qəbul edir. Madam işğal var, niyə nəticə əldə edə bilmirlər?"

Türkiyə prezidenti deyib ki, artıq problemin həllində proseslər sürətlənib.

"İndi müəyyən irəliləyişlər var. Cənab Putin bu işlə məşğuldur. Cənab Əliyev də mənə bu haqda dedi. Əgər əvvəl sözügedən 5 rayon qaytarılsa, zənn edirəm ki, problemin həlli daha asan mərhələyə keçəcək" - Ərdoğan deyib.

5 rayonun qaytarılması yenə gündəmdə - ƏRDOĞANDAN AÇIQLAMA
Qeyd edək ki, Kremlə yaxın mənbə hesab edilən politoloq Sergey Markov rus mətbuatına bildirib ki, Dağlıq Qarabağ probleminin həlli yekun mərhələsinə yaxındır. "Məsələ bu il, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasını nəzərdə tutan "Kazan formulu" ilə həll oluna bilər."

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, hazırda intensiv danışıqlar prosesi gedir, amma hansısa konkret nəticələrindən danışmaq tezdir: "Avqust ayında Azərbaycan, Ermənistan və həmsədr ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Məhz bu görüşdən sonra deyə bilərik ki, real nəticə var ya yox. Əgər nazirlər prezidentlərin görüşünü razılaşdıra bilsələr, bəlkə bundan sonra nəsə gözləməyə dəyər."

5 rayonun qaytarılması yenə gündəmdə - ƏRDOĞANDAN AÇIQLAMA


Prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da prezidentlərin iyunda Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirmişdi.

"Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər" - deyə administrasiya rəhbərinin müavini bildirmişdi.

Azərbaycan tərəfi danışıqlar prosesində münaqişənin mərhələli həll variantında israr edir. Müxtəlif dövrlərdə mətbuata sızan məlumatlara görə mərhələli həll variantı Dağlıq Qarabağ ətrafındakı 7 rayondan (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) 5-nin (Laçın və Kəlbəcər istisna olmaqla) azad edilməsini, münaqişə zonasının hərbsizləşdirilməsini, qaçqın və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılmasını, icmalar arasında dialoqun başlanmasını, ehtiyac olduğu təqdirdə bölgəyə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini, Azərbaycan və Ermənistan, eləcə də Türkiyə və Ermənistan arasında iqtisadi münasibətlərin bərpasını nəzərdə tutur.

5 rayonun qaytarılması yenə gündəmdə - ƏRDOĞANDAN AÇIQLAMA


Ermənistan dəfələrlə həmsədr ölkələrin təzyiqi altında mərhələli həll variantının tətbiqinə razılığını bəyan edib. Lakin Serj Sarkisyan rejimi praktiki addım atmağa - 5 rayondan hərbi qüvvələrin çıxarılmasına başlaya bilmir. Ermənistan rəhbərliyi bunu ölkədəki ictimai rəy və durumla əlaqələndirir. Lakin aprel hadisələrindən sonra və yaxşılaşan Rusiya-Azərbaycan, eləcə də Rusiya-Türkiyə münasibətləri fonunda rəsmi Moskvanın İrəvanı belə addım atmağa vadar edə bilər. Və Moskvanın məhz bu məqsədlə Ermənistana təzyiq göstərdiyi göz qarşısındadır. Sadəcə burada Ermənistan rəhbərliyinə də bir fakt lazımdır ki, o bunu öz cəmiyyətinə "Azərbaycan güzəştə getdi" kimi təqdim edə bilsin. Analitiklər hesab edir ki, hazırda bu faktor axtarılır və ya razılaşdırılır. İstisna deyil ki, bu Türkiyə-Ermənistan sərhədlərinin açılması ola bilər. Türkiyənin Hürriyət qəzeti də bir neçə gün əvvəl Çavuşoğlu ilə Məmmədyarovun 15 iyul Bakı görüşündə Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsini müzakirə etdiyi ilə bağlı xəbər yazmışdı.

5 rayonun qaytarılması yenə gündəmdə - ƏRDOĞANDAN AÇIQLAMA
скачать dle 11.0фильмы бесплатно
Həmçinin oxuyun:
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter