• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

Qafqazın ən qədim dini məbədi Azərbaycanda aşkar olundu - FOTO

Qafqazın ən qədim dini məbədi Azərbaycanda aşkar olundu - FOTO


1Xəbər.com xəbər verir ki, Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundovun başçılıq etdiyi qrup tərəfindən sözügedən ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid xeyli sayda bəzək, məişət əşyaları, eləcə də əmək alətləri tapılıb.

Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar ediblər. Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub.

Arxeoloqun qənaətinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə edilən odun qalıqlarından ibarətdir.

Qazıntılar zamanı ərazidə məbəddən əlavə, bir uşaq olmaqla 2 insan qəbri də aşkarlanıb.скачать dle 11.0фильмы бесплатно
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter