• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

Rio-2016-nın ən varlı idmançıları - FOTO

Rio-2016-nın ən varlı idmançıları - FOTO


Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya Oyunları (Rio-2016) davam edir.

1Xəbər.com-un məlumatına görə, mötəbər yarışda sadə idmançılarla yanaşı milyonçular da mübarizə aparır.

Onlar idmandakı uğurları ilə məşhur olduqdan sonra gəlirləri artıb. Həmin olimpiyaçıların əksəriyyəti ən çox gəlirini reklamdan qazanır.

Sizə hazırda Rio-2016-da çıxş edən ən varlı idmançıların indiyə kimi qazandıqları məbləği təqdim edirik:

1-ci yer: Kevin Dürant
27 yaşlı ABŞ-lı basketbolçunun ("Oklahoma Siti") ümumi gəliri 56,2 milyon dollar təşkil edir. Afrika əsilli idmançı həmin məbləğin 36 milyonunu reklamdan qazanıb

Rio-2016-nın ən varlı idmançıları - FOTO


2-ci yer: Novak Cokoviç
29 yaşlı serbiyalı tenisçinin ümumi gəliri 55,8 milyon dollar təşkil edir. Həmin məbləğin 34 milyonu isə reklam gəlirlərinə aiddir

Rio-2016-nın ən varlı idmançıları - FOTO


3-cü yer: Rafael Nadal
30 yaşlı ispaniyalı tenisçinin ümumi gəliri 37,5 milyon dollardır. Onun 32 milyonu isə reklamdan gələn qazancdır

Rio-2016-nın ən varlı idmançıları - FOTO


3-cü yer: Neymar
Nadalla eyni mövqeyi paylaşan 24 yaşlı braziliyalı futbolçunun gəliri də 37,5 milyon dollar təşkil edir. Lakin yarımmüdafiəçi həmin məbləğin 23 milyonunu reklamdan əldə edib

Rio-2016-nın ən varlı idmançıları - FOTO


5-ci yer: Key Nisikori
26 yaşlı yaponiyalı tenisçinin gəliri 33,5 milyon dollardır. Onun qazancının 30 milyonunu isə reklam gəlirləri təşkil edir

Rio-2016-nın ən varlı idmançıları - FOTO


6-cı yer: Useyn Bolt
29 yaşlı yamaykalı yüngül atletin gəliri 32,5 milyon dollar təşkil edir. Həmin məbləğin 30 milyonu isə reklamdan gələn qazancdır

Rio-2016-nın ən varlı idmançıları - FOTO


7-ci yer: Karmelo Entoni
32 yaşlı ABŞ-lı basketbolçunun qazancı 30,9 milyon dollardır. Həmin məbləğin 8 milyonu isə reklamdandır

Rio-2016-nın ən varlı idmançıları - FOTO


8-ci yer: Serena Uilyams
34 yaşlı ABŞ-lı tenisçinin gəliri 28,9 milyon dollardır. Həmin məbləğin 20 milyonu isə reklamdan gəlir

Rio-2016-nın ən varlı idmançıları - FOTO
скачать dle 11.0фильмы бесплатно
Həmçinin oxuyun:
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter