• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

Əməkdar artistdən tükürpədən sözlər: “Bunu hamıdan gizlədirdim”

Əməkdar artistdən tükürpədən sözlər: “Bunu hamıdan gizlədirdim”


1Xəbər.com xəbər verir ki, Gənc Tamaşaçılar teatrının aktyoru, əməkdar artist Vahid Əliyev gözündən əməliyyat olunub.

Aktyor açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini deyib:

“Sol gözümü əməliyyat etdilər, sağ gözümü də sentyabrda əməliyyat edəcəklər. Demək olar ki, bir addımlığımı seçə bilmirdim. Hətta səhnədə hər an yıxılacağımdan qorxurdum. Aktyor yoldaşlarıma deyirdim ki, yanımda olun, yıxılsam, qolumdan tutarsınız ki, tamaşaçı gözümün görmədiyini hiss etməsin. Mən demək olar ki, gözlərim görməyə-görməyə səhnədə tamaşa oynamışam. Amma tamaşaçılarımdan bunu gizlədirdim. O qədər əziyyət çəkirdim ki, hətta həyatdan belə küsmüşdüm. Yaşamaq istəmirdim. Sağ gözüm də əməliyyat olunsa, səhnədə heç kimin köməyinə ehtiyacım olmayacaq” -deyə, aktyor narahatlığını da gizlətməyib.скачать dle 11.0фильмы бесплатно
Həmçinin oxuyun:
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter