• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

"Gülən əmindir ki, Amerika onu qaytarmayacaq"

"Gülən əmindir ki, Amerika onu qaytarmayacaq"

İstanbul Prokurorluğu apardığı istintaqın nəticəsində Türkiyədə 15 iyul qiyamın Fətullah Gülən tərəfindən təşkil edildiyini qənaətinə gəlib. Bununla bağlı istintaq materialları ABŞ-a göndərilib. Türkiyə Gülənin ABŞ-da həbs edilməsini və Türkiyəyə ekstadisiya edilməsini tələb edib. Bu arada Co Bayden Türkiyəyə səfər edəcək. Türkiyədə baş vermiş çevrilişdən sonra bu ölkəyə səfər edən ilk yüksəkrütbəli şəxs məhz Co Bayden olacaq. ABŞ-ın vitse -prezidenti Co Baydenin Türkiyəyə səfəri nə vəd edir? Bu səfər Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ekstradisiya məsələsini tezləşdirə bilərmi? Bununla bağlı politoloq Fikrət Sadıxov 1Xəbər.com-a danışıb. Politoloq hesab edir ki, ABŞ Güləni asanlıqla veriməyəcək.
“Rəsmi Ankaranın əsas məqsədi Güləni oradan gətirməkdir. Amma məsələ qeyri-müəyyən bir vaxta qədər uzadacaq. Türkiyə buna birdən-birə nail ola bilməyəcək. Co Baydenin səfəri Vaşinqtonun Türkiyə-Amerika münasibətlərini mülayimləşdirmək məqsədi daşıyır. Çünki, Türkiyə ABŞ üçün mühüm oyunçudur və rəsmi Vaşinqton NATO üzvü olan Türkiyə münasibətləri korlamağa tələsmir. Rəsmi Ankaranın çevrilişə cəhd məsələsinin arxasında ABŞ-ın durması artıq dərəcədə qıcıqlandırır. Bu yaxın gələcəkdə baş verə bilməz. Amerika-Türkiyə münasibətləri artıq gərgindir və bu gərginlik hələ də davam edəcək.
"Gülən əmindir ki, Amerika onu qaytarmayacaq"

Türkiyə hesab edir ki, Güləni dəstəkləyən elə ABŞ-ın özüdür. Amerikanın rəsmi Ankaranın xahişini yerinə yetirməməsi birinci dəfə deyil. Ankara onsuz da müəyyən mənada qərb siyasətindən çox narazıdır. ABŞ da Ankaranın siyasətindən o qədər də razı deyil. Və bu səbəbdən də Amerikanın asanlıqla Güləni verəcəyinə inanmıram. Amma bu, bir sıra amillərdən də asılı olacaq. Misal üçün Ankara kifayət qədər güclü dəlil və sübutlar gətirsə, ABŞ bunun öhdəsindən gələ bilməyəcək.”
Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə, ekstradisiya anlaşmasına əməl edəcəklərini bildirib.
"Gülən əmindir ki, Amerika onu qaytarmayacaq"
Bu arada Gülən Türkiyəyə qayıda biləcəyini bir neçə gün əvvəl yazdığı məqaləsində bəyan edib. O, haqqında deyilən iddialardan birinin sübut olunduğu təqdirdə, Türkiyəyə qayıdacağına and içib. Gülən kimə güvənir?
Politoloq Fikrət Sadıxovun fikrincə, bu qarşılıqlı ritorikadır. “Gülən müəyyən dairələrə arxalanır və əmindir Amerika onu Türkiyəyə qaytarmayacaq. Bu səbəbdən də müxətlif bəyanatlar verməyi normaldır. Əslində bu birinci dəfə deyil. Gülən bundan əvvəl də cəhdlərin arxasında dayanmışdı və onun Türkiyədəki həbs edilmiş adamları bunu etiraf etmişdilər. Bütün bunlar sübuta yetirilib".скачать dle 11.0фильмы бесплатно
Həmçinin oxuyun:
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter