• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Hər dənizçinin qorxurduğu nədir? Ənənələrə əməl etməyi unutmaq, quruda tənbəki və təbii ki, kabus-gəmi ilə üz-üzə gəlmək...

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Kabus-gəmi nədir axı?
Dəniz ilğımı?
Təxəyyülün kvintessensiyası və qorxu?
Qədim dənizçi uydurmaları? ... yoxsa doğrudan da həqiqətdirmi?


Bugünə olan məlumata görə, gecə dənizində bu ximeraların olub-olmadığı haqda dəqiq bir sübut yoxdur.
Amma bu əfsanələrin yaranmasınının bir səbəbi olmamış olmaz, axı...
Əgər bu fövqəltəbii məxluqatlarla görüşlər olmasaydı, bu haqda danışanlar da olmazdı, yəqin...
Ona görə də, gəmi səyahətinə çıxarkən bütün cəsarətinizi səfərbər edin və getdik...

1. “Oktavius”

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Əfsanəyə görə, bu sərgərdən gəminin göyərtəsində cəsədləri donmuş ekipaj, kayutda isə masasının üzərində 1762-ci il buraxılışlı jurnal olan kapitan var. Bu gəmini ilk dəfə 1775-ci ildə görüblər. Bu, “Herald” adlı balina-qırıcı gəmi olub. Qrenlandiya sahillərində balina ovuna çıxan heyət birdən uzaqda yırğalanan gəmi görürlər. Bax elə həmin dəstə də yuxarıda təsvir olunan vəziyyəti nəql edir.
Fərziyyə var ki, Çindən qayıdan “Oktavius”, Şimal-Qərb keçidini tədqiq etmək qərarına gəlib.
Bu o həmin keçiddir ki, onu 1906-cı ilədək tapmağa heç kim cürət eləmirdi.
Amma görünür, gəmi heyəti uğursuzluğa düçar olub.

2. “Coyta”

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Bu gəmi kabuslara o qədər də aid edilə bilməz, amma hər halda onun da əhvalatı hələ də dənizçiləri qorxudur.
Hadisə 1955-ci ildə Sakit Okeanın cənub hissəsində baş verib.
Tokelau adasının sahil mühafizəsi SOS siqnalı alır.
Yaraqlanmış xilasedicilər dəstəsi “Coyta”ya yetmək üçün bir neçə saat bəs etməli idi.
Amma axtarışlar düz 5 həftə sürdü. Gəmiyə çatanda isə aydın olur ki, burada nəinki bir ins-cins, heç azuqə və xilasedici qayıqlar da yoxdur. Gəminin sağ hissəsi ciddi zədələnmiş, göyərtəyə bir həkim çantası atılmış, bir-iki açılmış bint və qan izləri...

3. “Ledi Lavinbond”

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Bu, iki yenievlinin nakam tarixçəsi və ya dənizçilərin “gəmidə qadın pis əlamətdir” inancına daha bir sübutdur.
Simon Pil – gəmi kapitanı – yenicə xoşbəxt evliliyə qədəm qoyur və toy hədiyyəsi olaraq sevimli arvadı ilə dəniz kruizinə yola düşür.
Amma bütün romantik əhvalatlarda olduğu birdən səhnədə daha bir aşiq - dənizçi peyda olur.
Elə bu nakam aşiq “Ledi Lavinbond”u dayazlığa istiqamətləndirərək qəzaya səbəb olur. Nəticədə bütün heyət və yenievlilər batır...
O gün bü gündür, hər 50 ildən bir Kent sahillərində tənha “Ledi Lavinbond”u görmək olur.

4. “Mariya Selesa”

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Bu, həqiqətən də varlığı sübüt olunmuş kabus-gəmilərdəndir.
O, nə qorxunc, nə də bədniyabətdir.
Amma onun bu sihadı olmağı da səbəbsiz deyil. Atılmış “Mariya Selesa” Portuqaliya yaxınlığında, Atlatnik okeanın düz ortasında tapılıb.
Gəmi tam ideal vəziyyətdə idi – yemək azuqəsi və içki əl vurulmamış qalmış, xilasedici qayıqlar salamat halda öz yerində...
Amma... heç bir nəfər də olsa insan tapılmamışdı...
Hesab olunur ki, mümkün texniki problemlər və ya fırtına sərnişinlərin evakuasiyasına səbəb ola bilərdi.

5. “Uçan Hollandiyalı”

Tarixdə mövcud olmuş 5 KABUS-gəmi! - FOTOLAR


Sözsüz ki, bu, olmuş və uydurulmuş bütün gəmilərin ən məşhurudur.
Onun haqda minlərlə əfsanə və hekayələr danışılır. Onun obrazı bir çox kitab və filmlərdə təsvir olunub.
Bəs əslində onun tarixçəsi necədir?
İlk dəfə “Uçan Hollandiyalı” haqda qeyd 1700-cü ildə Corc Berrinqtonun “Botani limanına sarı səyahət” adlı dəniz hesabatında dərc olunub. Deyilənlərə görə, kabus-gəmi Şərqi Hindistanı tapmaq üçün Amsterdamdan yola düşür.
Amma yalnız yolun yarısını qət edərək Ümid burnuna yetəndə onu fırtına cənginə alır.
Kapitan Van Der Deken var gücü ilə təbiətə inə gərməyə çalışsa da, öhdəsindən gələ bilmir.
Hətta qızğın mübarizə zamanı öz köməkçisini də öldürür. Amma gəmini xilas etmək olmur...
Gecənin səssizliyində eləcə kabus qalır...скачать dle 11.0фильмы бесплатно
Həmçinin oxuyun:
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter