• 00:31 – İrandan Azərbaycana heroin keçirmək istədilər - FOTOLAR 
  • 23:56 – Pakistanda toy avtobusu dərəyə yuvarlandı -16 ölü 
  • 22:45 – Halil Sezai ölkəsini təhqir etdi: "mədəm bulanır" - VİDEO 
  • 22:20 – "Neftçi" qol vurdu, rəqibi sevindi 

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət


"Boinq-727" - Sirli oğurluq, yoxsa uydurma

24 noyabr 1971-ci ildə Portlend səmasında aviaterrorizm tarixində ən sirli cinayətlərdən biri baş verdi. Kuper adlı bir şəxs bomba ilə hədə-qorxu gələrək “Boeing 727” sərnişin təyyarəsini ələ keçirir, tələb etdiyi 200 000 dolları götürdükdən sonra elə göydəcə birdəfəlik yoxa çıxır.
Məhəbbət məktubu və ya terrorçunun ultimatumu
C18 nömrəli sərnişin yeri Den Kuper adlı vətəndaşın adına rezerv edilir. Onun yanında təsadüf nəticəsində stüardessalardan biri əyləşir. Kuper ona yazdığı kağızı uzadır. Xanım bunun sevgi məktubu olduğunu düşünərək onu oxumur. Kuperin təhdidindən sonra məktubu oxumaq məcburiyyətində qalan stüardessa gözlərinə inanmır. Məktubda yazılır: "Təyyarədə bomba var və əgər hökümət ona 200 000 dolları verməzsə, təyyarə havada partladılacaq".

Pul və paraşütlər

Hökümət nümayəndələri terrorçu ilə təmasa girərək onun tələbini yerinə yetirir. Təyyarə Vaşinqton ştatının Sietl – Takoma aeroportunda yerə enir. Maraqlı məsələlərdən biri də odur ki, Kuper tələb etdiyi pulun 20 dollar nominalında olması və 4 ədəd paraşüt istəməsi idi. Terroçunun tələbləri yerinə yetirildikdən sonra, girovlar azad edilir. Kuper təyyarədə yalnız iki pilot, stüardessa və bir bort mühəndisi saxlayaraq uçuşa davam edir.

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət

Gecə təqibi

Təyyarə havaya qalxır. ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin F-106 qırıcıları avialayneri izləməyə başlayır. Sietl və Oreqano üzərində coşan tufan həm də göyərtəsində bomba olan təyyarənin hansı istiqamətə uça biləcəyindən xəbərsiz olan rəsmilər qırıcılara bir neçə saat avialeyneri təqib etməyi tapşırır.

Müəmmalı qaçış

Göyə qalxdıqdan yarım saat sonra Kuper təyyarə heyətini pilotun kabinəsində toplaşmağı əmr edir. Bir neçə dəqiqə sonra isə bort indikatorlarında salonun germetikliyində pozulma əmələ gəldiyi nişanəsi qeyd olunur. Yəni, Kuper təyyarənin quyruq bölməsinin qapısını açıb. Təyyarə heyəti yanacaq bitənə qədər uçuşu davam etdirmək qərarına gəlir. Onlar hesab edirlər ki, Kuper hələ də təyyarədədir, çünki, belə havada və bu hündürlükdən tullanmaq ağılsızlıq olardı. Təyyarə Penoda yerə endikdən sonra salona Federal Təhqiqat Bürosunun əməkdaşları daxil olurlar. Məlum olur ki, Kuper təyyarəni uçuş zamanı tərk edib, bomba, pul, dörd paraşütdən isə yalnız ikisini götürərək qeybə çəkilib.

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət


Cavabsız suallar

Kuperin qərarı heç bir məntiqi izaha sığmır. Nəyə görə 4 paraşüt tələb edən Kuper onun yalnız ikisindən istifadə edir? Niyə hoppanarkən bombanı da özü ilə götürür-axı enmə zamanı bomba işə düşə bilər. Bundan başqa, tufan zamanı çox yüksəklikdən hoppanan Kuperin sağ qalma şansı sıfıra bərabər idi, çünki tropik Amerika meşələrində soyuq noyabr ayında köynək və pencək ilə dolaşmaq mümkün deyil.

İzsiz

Deyilənə görə, Kuperin hoppanmasını layneri təqib edən heç bir qırıcı qeydə ala bilməyib. Həmin gecə xüsusi xidmət orqanlarının əməkdaşları Kuperin düşə biləcəyi ərazini səhərə kimi axtarsalar da, heç bir izə rast gəlməyiblər. Nə terroçunun cəsədi, nə bomba olan diplomat, nə və 200 000 olan portfel. Sərnişinlərin köməyi ilə terrorçunun fotorobotu hazırlanır.

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət


Naməlum məktub

Hadisədən 3 həftə sonra Los Anjeles Tayms qəzeti guya Kuperin imzası olan bir məktub dərc edir. Məktubda deyilir ki, bu hadisə cinayətkarın son aylarını təmin etmək məqsədi güdürdü. Müəllif ölümcül xəstə olduğunu və ömrünün sonuna bir ildən az vaxt qaldığını yazır.

9 il sonra pul izi

Artıq səngiməyə başlayan bu mifik hadisə 1980-ci ildə yenidən gündəmə gəlir. Səbəb, Kolumbiyada çayın sahilində Brayn İnqrem adlı uşağın 290 ədəd 20 nominallı dolların tapması olur. Uşağın valideynləri tapıntı barədə polisə xəbər verirlər. Mütəxəssislər nömrələrdən müəyyən edirlər ki, tapılan pullar Kuperə verilmiş dollarlardır. Bu dəfə də onun axtarışına başlanılır, amma yenə də hər şey nəticəsiz qalır. Bir məsələ də qaranlıq qalır- dollarlar Amerikanın tropik iqlimi şəraitində 10 ilə yaxın bir vaxtda necə məhv olmayıb.

Kuperin mirası

Kuperin sirli yoxa çıxmasından sonra bütün Boeing 727 avialeynerlərinə təyyarənin quyruq hissəsini açmağa imkan verməyən cihaz quraşdırılır. Bu mexanizm “Kuperin kürəki” adını qazanır.
İnqremlər ailəsinin tapdığı bankomatlar isə 2008-ci ildə hərracda satılır. Əfsanəvi 300 dollar 37 minə alınır.

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət


O sağ qalıb?

İndiyə qədər ən ehtimal edilən versiyalardan biri Kuperin enmə vaxtı həlak olmasıdır. Tullanmazdan əvvəl paraşütləri yoxlamaması, pis hava şəraiti və hoppandığı regionun mürəkkəb relyefə malik olması onun göldə və ya bataqlıqda boğulduğundan xəbər verir. Amma bu hadisənin başqa bir tarixçəsinin də olduğu söylənilir. Deyilənə görə, salamat qalmış Kuper roluna ən ehtimal edilən namizədlərdən biri Kennet Kristiansen adlı şəxs olub. Kennet Kuperin tullandığı ərazidə, yəni Vaşinqtonda yaşayıb, orduda desantçı hazırlıq kursu keçib, paraşüt və partlayıcı maddə ilə işləməyi öyrənib. Hadisə 1971-ci ildə baş verir, 1 il sonra isə heç də varlı olmayan Kennetin Bonni-Leykdə 14 min dollara ev alır. Maraqlı faktlardan biri də odur ki, təqaüdə çıxmazdan əvvəl Kennet NWA aviakompaniyasında stüard işləyib. Məhz bu kompaniyanın da avialaynerini Kuper girov götürür.

Müəmmalı terror hadisəsi və ya heç vaxt açılmayacaq cinayət


Kennet Kristiansen ölüm yatağında olarkən qardaşı Laylanın qulağına keçmişi barədə vacib bir şey deməli olduğunu pıçıldayır. Amma söyləmir. Qardaşının vəfatından bir müddət sonra 77 yaşlı Layl Krnstiansen televizorda “Açılmamış cinayətlər” verilişində Kuperin hava məkanında oğurluğu barədə süjet izləyir. Cinayətkarın fotorobotunu göstərdikdə isə Layl bir anlıq şoka düşür. Fotoda onun qardaşı Kennet göstərilirdi.
Layl bu barədə Federal Təhqiqatlar Bürosuna məlumat versə də, ona inanılmayıb.
Beləliklə, Den Kuperin sirri hələ də açılmayıb.скачать dle 11.0фильмы бесплатно
Həmçinin oxuyun:
Şərh yaz
  • Xəbər Lenti
  • Top Həftə
  • Top Ay
Sosial şəbəkələr
  • Facebook
  • İnstagram
  • Twitter